ABŞ Prezidenti Donald Tramp bu gün BMT Baş Assambleyasında çıxış edərkən, quruma üzv ölkələri Ukraynadan Cənubu Çin dənizinə kimi ölkələrin suverenliyini müdafiə etməyə və sərhədlərə hörmət etməyə çağırıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp sözügedən ərazidə suverenliyə təhdidləri aradan qaldırmağa borclu olduqlarını bildirib: "Biz hüquqa, sərhədlərə, mədəniyyətə və dinc qarşılıqlı əlaqələrə hörmət edilməsini dəstəkləməliyik".