Azərbaycan Prezidenti İlham Əliyevin Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələrində iştirakı maraqlı məqamlarla yadda qalıb.
Sentyabrın 17-də başlayan səfər sentyabrın 20-də başa çatıb.
Prezidenti səfərdə ailə üzvləri – xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı, Heydər Əlieyv Fondunun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Xarici İşlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov müşayiət edib.
Teleqraf.com prezidentin səfərinin son gününü əks etdirən fotosessiyanı təqdim edir.