21 Sentyabr 2017 14:23
4 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediası Bakıda “26-lar”ın məzarının ziyarət edilməsi haqqında xəbər yayılıb. Lakin bu ziyarətçilərin kimliyi haqqında informasiya verilməyib.

Teleqraf.com “26 Bakı komissarları”nın məzarının kimlər tərəfindən ziyarət edilməsini araşdırıb.

Araşdırma zamanı bəlli olub ki, məzarı Azərbaycan kommunistləri ziyarət edib. Lakin hazırda kommunistlər dağınıq və bir neçə qrupa bölündüyü üçün söhbətin hansı qrup kommunistlərdən getdiyini müəyyən etmək çətin olub.

Bəlli olub ki, kommunistlər “26 Bakı komissarları”nın məzarını sentyabrın 20-də ziyarət edib. Çünki Bakı komissarları 1918-ci il, sentyabrın 20-də öldürülüb. Kommunistlərin ziyarətdə məqsədləri Azərbaycanın başına bəlalar açan babalarının ölüm gününü anmaq olub.

Teleqraf.com müəyyən edib ki, Suraxanı rayon ərazisində ziyarətdə bulunanlar Ədalət Abdinovun rəhbərlik etdiyi kommunist qrupu olub. Abdinov əvvəllər Azərbaycan Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışıb.

Lakin partiyanın sədri Ramiz Əhmədov vəfat etdikdən sonra partiya bir neçə hissəyə bölünüb. Hazırda Ramiz Əhmədovun birinci katibi olduğu kommunist partiyasına Rauf Qurbanov rəhbərlik edir. Bununla eyni zamanda Telman Nurullayev, Gülnisə Məsimova və digər şəxslər də partiyanın adına və rəhbərliyinə iddia edir. İddiaçılardan biri də Ədalət Abdinovdur. Abdinov bu yaxınlarda öz partiyasını elan edib. “26 Bakı komissarları”nın məzarının ziyarət edilməsi təşəbbüsü də ona məxsusdur.

Bu ziyarətlə bağlı Abdinov özünün bloqunda da geniş informasiya verib.


Müəllif: Cavad

Oxşar xəbərlər