25 Sentyabr 2017 20:35
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXDR ABŞ-ın döyüş təyyarələrini hətta Şimali Koreyanın hava məkanından kənarda da vura bilər.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu bəyanatla Şimali Koreya Xarici İşlər naziri Li En Xo çıxış edib.

"ABŞ bizim ölkəyə müharibə elan edib. Bizim əks tədbirlər görməyə, o cümlədən ABŞ-ın strateji bombardmançılarını vurmağa tam haqqımız var", - nazir Nyu Yorkda jurnalistlərə bildirib.

O, həmçinin bildirib ki, Pxenyan Donald Trampın hərəkətlərinə cavab verməklə bağlı bütün variantları nəzərdən keçirəcək.


Müəllif: Nahid

Oxşar xəbərlər