BMT-nin Baş katibi Antoniu Quterreş İraq Kürdüstanında referendumun sabitliyi pozacağından narahatdır.
Teleqraf.com-un xəbərinə görə, bu barədə jurnalistlərə onun nümayəndəsi Stefan Dyujarrik deyib.
"BMT-nin Baş katibi İraqın suverenliyi və ərazi bütövlüyünə hərməylə yanaşır və hesab edir ki, İraq hökuməti ilə regional hakimiyyət arasında ortaya çıxan bütün suallar dialoq və kompromis yolu ilə həll edilməlidir", - Stefan Dyujarrik qeyd edib.
BMT-nin Baş katibi həmçinin qurumun İraqda və Kürdüstan regionunda fəaliyyətini davam etdirəcəyini gözləyir. O, müvafiq hakimiyyətdən bununla bağlı dəstək verməyi istəyib.