25 İyul 2014 15:19

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Milli Məclisin deputatı Fazil Mustafaya cavab verib.

Teleqraf.com azNews.az xəbər verir ki, şeyxin müavini deputatın “Dünyanın hər yerində bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub” fikrini belə cavablandırıb:

“Mənim nə siyasətlə, nə də siyasətçilərlə işim yoxdur. Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük. Bizim digər məsələlərə müdaxilə etmək fikrimiz yoxdur”.

Qeyd edək ki, F.Mustafa sosial şəbəkədəki profilində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvasına qarşı çıxmışdı: “Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi müstəmləkəsi olaraq qalır.

Kim istəyirsə, gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır”.


Müəllif:
Загрузка...