27 Sentyabr 2017 17:25
2 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentində ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin iştirakı ilə İraq Kürdüstanındakı müstəqillik referendumunun müzakirəsinə həsr olunmuş qapalı iclas keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rəşt şəhərindən seçilmiş deputat Cabbar Kuçəki Nejad jurnalistlərə məlumat verib.

Deputatın sözlərinə görə, bu gün sübh saatlarında keçirilən bir saatlıq qapalı iclasda Şəmxani bölgədə yaranmış yeni vəziyyətdən danışıb:

“Şəmxani bildirdi ki, İraq Kürdüstanında keçirilən referendumdan sonra bölgədə yeni dövr başlayır, gündəmə yeni məsələlər gəlir. Referendumdan sonra ortaya çıxan problemlər beynəlxalq təşkilatlar, eləcə də İraq hökumətinin təşəbbüsü ilə həll olunmalı, İran isə İraqın mərkəzi hökumətinə bu yolda yardım etməlidir.

İraq Kürdüstanında yaranmış yeni vəziyyətlə bağlı İran, Türkiyə və İraqın mərkəzi hökumətinin üçtərəfli danışıqları davam edir. Bununla bağlı İraq Kürdüstanındakı partiyalarla da müzakirələr aparılır. Ərbilə qarşı təzyiq və sanksiyalar gücləndiriləcək. Məqsəd kürdləri indiki mövqelərindən geri çəkilməyə vadar etməkdir.

Şəmxaninin bildirdiyinə görə, bu separatçı hərəkət İraqın daxili ərazilərində baş verir deyə, mərkəzi hökumət məsələni həll etmək üçün hərbi əməliyyata əl ata bilər. Çünki keçirilmiş referendum İraqın konstitusiyasına zidd addımdır. İraq hökumətinin bu sahədə atacağı hər hansı addımı İran dəstəkləyəcək”.


Müəllif: Samir

Oxşar xəbərlər