29 Sentyabr 2017 10:33
3 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təhlükəsizlik iclasında İraq Kürdüstanında təşkil olunan referendumdan sonra atılacaq addımlar müzakirə edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 9 saat davam edən müzakirələrdən sonra qərar verilib.

Qərara əsasən, bu böhrana qarşı Türkiyənin siyasi və iqtisadi həyatına ən az zərər verə biləcək addımlar atılacaq.

İlk olaraq, Habur sərhəd-keçid məntəqəsinə alternativ olaraq Ovaköy, İraqın cənubundakı Təlafər-Mosul, davamında isə Bağdad-Basra xəttindən istifadə edilə bilər.

Bundan başqa, hazırda kürdlərin nəzarətində olan Xəlil İbrahim sərhəd-keçid məntəqəsi Bağdad-Ankara qüvvələri tərəfindən ələ keçiriləcək. İraq mərkəzi hökumətinin 40 nümayəndəsi məntəqənin idarəsinə cəlb olunacaq. Eyni vəziyyət Ərbil aeroportuna da şamil ediləcək.

Türkiyə, həcmi azalmasına baxmayaraq, Bağdadda ticarət əlaqələrini saxlamaq niyyətindədir. Buna görə xam neftin daşındığı Mosul-Pişhabur-Silopi magistralında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Türkiyə Şimali İraqda Türk Hava Qüvvələrinin nəzarətində olan tampon bölgə quracaq. Bundan başqa, Şimali İraqla sərhəddə iki yeni hərbi hissə fəaliyyətə başlayacaq.


Müəllif: Samir

Oxşar xəbərlər