29 Sentyabr 2017 11:17
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd əsilli məşhur türk müğənnisi İbrahim Tatlısəsin sentyabrın 25-də baş tutan İraq Kürdüstanının mustəqillik referendumunda səs verməsinə dair yayılan məlumatın və fotoların saxta olduğu üzə çıxıb.

Teleqraf.com-un araşdırmasına görə, sözügedən fotolar bu il aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum zamanı çəkilib. Türkiyənin “Milliyyət” qəzetinin saytında yerləşdirilən yazı və fotolardan bunu aydın görmək olur. “İmperator” ləqəbli müğənni səs verərkən çəkilən fotolarını İnstaqram hesabında izləyiçiləri ilə paylaşaraq vətəndaşları səsvermədə iştiraka çağırıb:

“Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq vəzifəmi yerinə yetirdim. Siz də vəzifənizi yerinə yetirin, rica edirəm. Sayğılar”.

Görünür, indi hansısa qüvvələr kürdlərin referendumunun daha çox dəstəkçisi olduğunu, o cümlədən məşhur insanların da dəstəklədiyini göstərmək üçün fotoşopla həmin fotonun üzərinə kürdlərə aid simvol yerləşdiriblər.

Onu da bildirək ki, yayılan xəbərdə İ.Tatlısəsın Türkiyə ilə yanaşı, kürd muxtariyyətinin də vətəndaşlığını daşıdığı qeyd olunurdu. Bildirilirdi ki, o, təxminən 10 il öncə muxtariyyətin vətəndaşlığını qəbul edib. Müğənninin kürd muxtariyyətində böyük biznesinin olduğu da yayılan xəbərdə öz əksini tapıb.

İ.Tatlısəsin Türkiyədə 16 aprel 2017-ci ildə keçirilən referendum zamanı çəkilən fotolarını təqdim edirik.


Müəllif: Səxavət

Oxşar xəbərlər