26 İyul 2014 12:04
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanmaqda davam edir.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri, Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 1 ədəd təyyarə, 200 meşə təsərrüfatı işçiləri və tırtıllı traktorlar cəlb edilib.

Yanğının yayılma təhlükəsi aradan qaldırılıb və tam söndürülməsi işləri davam etdirilir.

Lənkəran rayonu, Hirkan Milli Parkının ərazisində də 20 hektar sahədə meşə zolağı və dağlıq ərazidə kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd helekopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilmişdir. Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.


Müəllif: