Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, video-görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.
Etibar Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.
Daha sonra Qoca adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: "Çalış onu gətir. Denən ki, Qoca səni məhkəmədə görmək istəyir”.
Qocanın yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.
Qeyd edək ki, Bakının Qaradağ rayonunda "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.