Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hüseynov Tofiq Həsən oğlu İmamverdiyev və Sudeyif Bəşir oğluna Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, digər sərəncamla dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Budaqov Tahir Yaqub oğluna və Qəhrəmanova Sədaqət Məmmədyar qızına “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Quliyev Səlahəddin Məlik oğlu və Paşayev Hüseyn Məmməd oğlu “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.
Təhsilin inkişafındakı xidmətlərinə görə Hacıyev Allahverdi Şəmistan oğlu və Hacıyev Hacan Qulu oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülüb.