30 Noyabr 2017 13:03
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıyıq. Cənab Prezident Rəcəb Tayyyib Ərdoğan bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə bu ay keçirdiyi hər iki görüş zamanı qabardıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü barədə danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı daima təmasdadır:

“Biz münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin qəbul edəcəyi istənilən həll yolunu dəstəkləyirik. Ötən gün Minsk qrupunun həmsədrləri ilə görüşdüm.

Biz onları daha aktiv, qərarlı və səmərəli olmağa çağırdıq. Rəsmi Ankara Minsk qepunun səylərini dəstəkləyir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər