1 Avqust 2014 18:07
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapılıb.


Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə çıxıblar.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.

Polisdən həmçinin bildirilib ki, Ə. Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. Ə. Məmmədov Bakının "Neftyanik", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Ə. Məmmədov həmçinin Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər