2 Avqust 2014 10:14
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflis şəhər məhkəməsi prokurorluğun vəsatətini təsdiq edərək, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi ilə bağlı hökm çıxarıb.


Məlumata görə, bundan başqa məhkəmə ölkə xaricində yaşayan keçmiş ədliyyə naziri Zurab Adeişvili və keçmiş müdafiə naziri David Kezeraşvili ilə bağlı qiyabi həbs qərarı verib.

Saakaşvilinin vəkili Otar Kaxidze bildirib ki, məhkəmənin qərarından ali instansiyalara şikayət edəcək.

Qeyd edək ki, Saakaşvili haqqında 2007-ci ilin noyabrında müxalifət aksiyasının, “İmedi” telekanalının dağıdılması və telekanalın rəhbəri Badri Patarkaçişvilinin əmlakının mənimsənilməsinə görə cinayət işi açılıb.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər