2 Avqust 2014 13:38
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti Liviyadakı səfirliyini bağlamaq qərarına gəlib.


Məlumata görə, bu barədə krallığın xarici siyasət idarəsinin yaydığı açıqlamada deyilir.

Səbəb kimi Liviyada vətəndaş müharibəsinin geniş vüsət alması göstərilir.

Avropa Birliyi isə artıq öz diplomatlarını Liviyadan Tunisə təxliyə edib. Bildirilir ki, avqustun 4-dən ölkədəki bütün diplomatik nümayəndəlikər öz fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Benqazidə islamçılarla hökumət qüvvələri arasındakı döyüşlərin miqyası genişlənməkdədir.

APA


Müəllif:

Oxşar xəbərlər