20 Dekabr 2017 12:28
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və İran Qüds məsələsi ilə bağlı mövqeyini BMT Baş Assambleyasının dekabrın 21-də keçiriləcək xüsusi sessiyasında bildirəcək.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə təşkil edilən mətbuat konfransında bildirib.

O, görüşdə Fələstin-İsrail münaqişəsinin müzakirə olunduğunu da söyləyib: "Sabah BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələ ilə bağlı ortaq mövqeyimizi bildirəcəyik".

Xatırladaq ki, BMT Baş Assambleyasının Qüdslə bağlı qətnamə layihəsinin qəbul olunacağı xüsusi sessiyası dekabrın 21-də keçiriləcək./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər