29 Dekabr 2017 13:06
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən, Milli Məclis qərara alıb ki, 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin. Bu təyinat ömürlük olub.

Qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.


Müəllif: Cavad

Oxşar xəbərlər