4 Avqust 2014 09:50
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Arzu Rəhimov avqustun 20-də saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar 19.08.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.


Müəllif: