Türkiyə Silahlı Qüvvələri Rusiyadan alınacaq 2 ədəd S-400 hava hücumundan müdafiə systeminin idarə edilməsi üçün tədbirlər görür.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla əlaqədar TSK-da yeni alay yaradılıb.
Alay 2 tabor və 2 bölükdən ibarətdir. Gətiriləcək 2 ədəd S-400 sistemi ayrı-ayrı məntəqələrə yerləşdiriləcək və hər birinə 72 ədəd raket veriləcək.
Məlumatı Türkiyənin Müdafiə nazir Nürəddin Canikli də təsdiqləyib.