BMT Təhlükəsizlik Şurası İranda davam edən etirazlar səbəbindən bu gün toplanacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın tələbi əsasında iclas Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
İclasda ABŞ İranda davam edən etirazları gündəmə gətirmək istəyir. Rusiya isə toplantı zamanı Vaşintonun İranın daxili işlərinə qarışması ilə bağlı məsələnin müzakirəsini tələb edəcək.
Qeyd edək ki, dekabrın 28-dən bahalıq əleyhinə İranda başlanan etirazlarda hazırkı rejimə qarşı şüarlar səsləndirilib.
Etirazlar zamanı baş verən toqquşmalarda azı 30 nəfər həlak olub, mindən çox insan saxlanılıb.