Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə Parisə səfər edən Ərdoğanı Atatürk aeroportunda Türkiyə Böyük Millət Məclisinin sədri İsrayıl Qəhrəman, İstanbul valisi Vasip Şahin, Əralət və İnkişaf partiyasının İstanbuldan olan millət vəkili Halis Dalkılıc, İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Mövlud Uysal və digərləri yola salıb.
Türkiyə prezidentini Paris səfərində həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Müdafiə naziri Nürəddin Canikli, Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraq, Türk Hava Yolları şirkətinin rəhbəri İlkər Aycı müşayiət edəcək.
Səfər zamanı Ərdoğanın Makronla təkbətək və geniştərkibli görüşlər keçirəcəyi bildirilir.