4 Avqust 2014 14:54
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Miqrasiya Xidməti (FMX) Sevastopol sakinlərinə "1 saata pasport" aksiyası çərçivəsində Rusiya vətəndaşlıq sənədi verir.

Bunun üçün Rusiyaya birləşdirilmiş Krım sakinləri gün içində Xidmətə yaxınlaşmalıdır.

Pasport marafonunun keçirildiyi yerə şəxsən Xidmətin Viza qeydiyyatı şöbəsinin rəisi Aleksandr Aksenov rəhbərlik edir.

FMX rəhbəri Konstantin Romodanovski açıqlayıb ki, Krım təcrübəsi "bütün Rusiya ərazisində tətbiq ediləcək". Lakin o, hansı növ sənəddən söhbət getdiyini açıqlamayıb.

Xidmət bildirib ki, Krımın və Sevastopolun mart ayında birləşdirilməsindən sonra iyulun sonuna qədər 1.5 milyon sakin Rusiya pasportu ilə təmin olunub.

Beynəlxalq ictimaiyət Krım yarımadasının Rusiyaya birləşdirilməsini tanımır və buna cavab olaraq, ABŞ, Aİ, o cümlədən Avstraliya, Kanada və Yaponiya Rusiya, Ukrayna və Krımda müəyyən şəxslərə sanksiyalar tətbiq edib.

BBC


Müəllif:

Oxşar xəbərlər