Almaniyada seçkilərdən 4 ay sonra koalisiya razılığına gələn tərəflər həyata keçirəcəkləri siyasətlə bağlı 28 səhifəlik sənəd hazırlayıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sənəddə Türkiyə ilə bağlı xüsusi bənd var:
“Türkiyə ilə çoxtərəfli əlaqələrimiz var. Demokratiya, hüququn aliliyi və insan haqları ilə bağlı vəziyyət pisləşdiyi halda Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı yeni fəsil açılmayacaq. Açılan fəsillər isə qapadılmayacaq”.