5 Avqust 2014 10:48
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzadakı İsrail hücumlarında qətlə yetirilən uşaqlar meyitxanalarda yer qalmadığı üçün dondurma qutularına qoyulur.

Qəzza Uşaq Fonduna görə, hücumlarda 392 uşaq qətlə yetirilib. Qəzzalılar öldürülənlərin basdırılmasında da çətinlik çəkirlər. Belə olduğu təqdirdə isə meyitlər morqlara göndərilir. Meyitxanalarda yer olmadığı üçün dəfn edilə bilməyən uşaqların nəşi dondurma qablarında saxlanılır.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) son hesabatına görə 8 İyul - 4 Avqust tarixləri arasında ən azı 392 uşaq öldürülüb. Hesabata görə cəmi ölü və yaralı sayının üçdə biri uşaqlardan meydana gəlir. Ən çox uşağın öldüyü və yaralandığı bölgə isə cənubdakı Xan Yunus oldu.

Qeyd edək ki, İsrailin Qəzzaya yönəlik hücumlarında bu ana qədər 1960 adam həyatını itirib.

Beynəlxalq Qəzzanı Yenidənqurma Komissiyasına görə isə İsrail hücumlarında Qəzzada olan 30 min 960 ev, bunların arasında çox sayda xəstəxana, məscid və məktəb yıxıldı.

Hesabatda deyilir ki, İsraiil ordusu evlərin xaricində Qəzzanın mədəniyyətini daşıyan strukturları da hədəf alır. Hücumlarda xəstəxana, məktəb, məscid və universitetlərə məhduduiyyət qoyulmur.

Komissiyanın açıqladığı rəqəmlərə görə, hücumların başlamasından bu yana Qəzzada 13 xəstəxana, 175 məktəb və 162 məscid hədəf alınıb. Vurulan məscidlərdən isə 72-si tamamilə yıxılıb.

Beynəlxalq Qəzzanı Yenidənqurma Komissiyası 9 Mart 2009-cu ildə Livanın paytaxtı Beyrutda ərəb və İslam dünyasından müxtəlif peşə və dərnəklərin bir araya gələrək qurduqları bir kömək quruluşudur şüarı isə “Qəzzanın abadlığı üçün əl-ələ” deyə səslənir.

/ans press/



































































Müəllif:

Oxşar xəbərlər