Türkiyənin Afrin əməliyyatına ABŞ Müdafiə Nazirliyi reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü, polkovnik Adrian Rankine Türkiyənin PKK ilə bağlı təhlükəsizlik qayğılarını anladıqlarını bildirib.
Polkovnik ABŞ liderliyində koalisiyanın Afrində davamlı əməliyyatın olmadığını vurğulayaraq, ABŞ-ın Afrindəki proseslərdə iştirak etmək niyyətində olmadığını ifadə edib:
“Biz tərəfləri qarşıdurmanı gücləndirməkdən qaçmağa və ən önəmli iş olan İŞİD-i tam məlğub etməyə köklənməyə dəvət edirik. Türkiyənin ABŞ tərəfindən terror təşkilatı olaraq tanınan PKK ilə bağlı təhlükəsizlik qayğılarını anlayırıq. ABŞ PKK terror təşkilatına hər hansı bir şəkildə dəstək vermir. ABŞ liderliyində koalisiyanın Afrində davam edən əməliyyatı yoxdur. Çünki İŞİD-i hədəfə alan hərbi əməliyyatlara köklənmişik”.