Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan türk ordusunun baş çavuşu Musa Özalkanın cənazəsi hərbi təyyarə ilə Qaziantəpdən doğulduğu Ankaranın Sincan rayonuna göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun Gülbaba kəndində dəfn ediləcəyi bildirilib.
Məlumatlara görə, 2 ildir evli olan şəhidin 5 aylıq qız övladı var.
Bu arada Özalkanın son vəsiyyəti də məlum olub. O, dostuna yazdığı mesajda şəhid olacağı təqdirdə ailəsinə göndəriləcəyi pulla Telaferdə uşaqlar üçün məktəb, bağça və ya mədəniyyət mərkəzi inşa edilməsini istəyib.