29 Yanvar 2018 01:57
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.

Məlumata görə, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər