Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın şimalında məskən salmış terrorçuların sığınacaqlarını bombalayıb.
Teleqraf.com xəbər verir ki, terrorçuların onlarla sığınacağı, silah-sursatları məhv edilib. Canlı itki barədə məlumat verilmir.
Məlumata görə, Türkiyə kəşfiyyatına PKK-nın İraqdakı qolunun rəsmi Ankaranın Suriyada terrorçulara qarşı apardığı əməliyyata cavab olaraq hücum planı barədə məlumat daxil olub. Qırıcıların İraqın şimalını bombalaması daxil olan məlumat əsasında gerçəkləşib.