30 Yanvar 2018 14:29
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində Suriya toplantısı başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Suriya hökumət nümayəndələri, Türkiyə, Rusiya və BMT təmsilçiləri, eləcə də jurnalistlər iştirak edir.

Ümumilikdə toplantıya 1500-dən çox insan qatılıb. Görüşü giriş sözü ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıb.

O, Rusiya Prezidenti Vladimir Putinin məktubunu səsləndirib.

Putinin məktubunda hazırkı vəziyyətdə Suriyada tərəflər arasında dialoq aparılması və danışıqlarda Suriyanı faciəvi vəziyyətindən geri döndərmək üçün addımlar atılması vacib hesab edilir.

Toplantının sonunda yeni Suriya konstitusiyasının qəbulu məsələsində razılıq sənədinin imzalanması gözlənilir.


Müəllif: Samir

Oxşar xəbərlər