ABŞ Maliyyə Nazirliyi hazırladığı “Kreml hesabatı” ilə rusları de-fakto düşmən elan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib:
“Diqqət yetirsək, görərik ki, faktiki olaraq hamımız ABŞ-ın düşməni elan edilmişik. Sənəddə yazılanlar ABŞ-ın düşmənlərinə qarşı tətbiq edilir”.
Qeyd edək ki, ABŞ-ın “Kreml hesabatı” siyahısına aralarında Rusiyanın Baş naziri Dmitri Medvedev, Kremlin sözçüsü Dmitri Peskov, Xarici İşlər naziri Sergey Lavrovun, Rusiya hökumətinin yüksək vəzifəliləri və oliqarxlarının da olduğu 210 nəfərin adları daxil edilib.