30 Yanvar 2018 16:21
3 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçirilən toplantıda qalmaqal yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantını Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıb.

Ancaq onun çıxışı suriyalı müxaliflərin etirazına səbəb olub və yarımçıq dayandırılıb. Onlar Rusiyanı Suriyada dinc sakinləri öldürməkdə ittiham ediblər.

Lavrov müxalifləri sakitləşdirdikdən sonra çıxışını davam etdirib. O bildirib ki, müxaliflərə sözlərini demək üçün imkan yaradılacaq.


Müəllif: Samir

Oxşar xəbərlər