Suriyanın Afrin bölgəsində hərbi əməliyyat həyata keçirən Türkiyə yerli sakinlərə üç dildə mesaj göndərib.
Teleqraf.com xəbər verir ki, mülki şəxslərə türk, ərəb və kürdcə göndərilən SMS-lərdə terrorçulara qarşı birlikdə mübarizə aparılmasına çağırış edilib.
"Bismillahir rəhmanir rəhim. Terrorçuların evladlarınızdan istifadə etmələrinə, sizi və evinizi məhv etmələrinə imkan verməyin. Terrorçulara dur deməyin vaxtıdır. Onlara qarşı birlikdə mübarizə aparaq. Onlardan uzaq durun. Afrin afrinlilərindir. Allahın razılığı ilə Afrində sülh, əminamanlıq, bərəkət dolu günlər olacaq", deyə mesajda qeyd olunub.