5 Fevral 2018 10:31
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO da ATƏT kimi mənasız quruma çevrilir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ordusunun gücünə görə NATO-nun birinci dövləti olan ABŞ-la NATO-nun ikinci dövləti olan Türkiyə arasında Suriyada böhran yaşanır, “müttəfiq dövlətlərin” hərbçilərinin üz-üzə gəlmək riski var, Brüsseldən isə səs çıxmır, təhlükəni taleyin ümidinə buraxıblar:

“Sabah bu iki dövlətin hərbçisi bir-birinə atəş açsa, NATO bir təşkilat olaraq tamamilə nüfuzdan düşəcək. Bu, necə təşkilatdır ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəni deyil, onun düşmənlərini dəstəkləyir, onlara silah verir?”

E.Şahinoğlu daha sonra deyib:

“Hələ mədət umuruq ki, ABŞ niyə Qarabağ münaqişəsinin həllində fəal deyil? Yaxşı ki, fəal deyil, yoxsa Qarabağdakı separatçılara maliyyə ilə yanaşı silah da verər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər