6 Fevral 2018 10:45
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyindən Türkiyənin Afrində davam edən “Zeytun budağı” hərəkatı ilə bağlı yeni açıqlama gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Pentaqonun sözçüsü Erik Pahon danışıb.

O bildirib ki, bu günə qədər Türkiyə ilə davam edən müzakirələrdə Menbiçdə gərginliyin azaldılması yolunda müsbət nəticələr əldə edilib:

“Hətta koalisiya müttəfiqləri ilə Azad Suriya Ordusu arasındakı bəzi gərginliklərin aradan qaldırılmasında Türkiyənin böyük rolu var. ABŞ Afrinə gedən YPG/PYD silahlılarına dəstək verməyəcəyini bildirib. Türklərin Afrindən Menbiçə keçməyəcəyinə ümid edirəm. Bu məsələdə çox narahatıq. Türkiyənin bu planı İŞİD terror təşkilatı ilə mübarizəyə mane ola bilər. Ankaranın narahatlığını da anlayırıq.

Fikrimcə, Suriyada gərginliyi azaltmaq üçün daim təmasda olmalıyıq. Bildiyiniz kimi, ABŞ-ın Afrində hərbi varlığı yoxdur və oradakı silahlıları dəstəkləmirik”.

Pahon jurnalistin PYD/YPG qüvvələri ilə PKK terror təşkilatının fərqinə dair sualı belə cavablandırıb:
“Bilirəm, bu, çox qarışıq məsələdir. Hazırda ən böyük məqsədimiz bölgədə İŞİD-i məhv etməkdir. Dəstəklədiyimiz bəzi qruplar Afrinə qayıdıb. Onlar onsuz da afrinlidir və öz evlərini qorumaq üçün geri qayıdıblar. Təkrar edirəm ki, biz həmin qruplara dəstəyimizi dayandırmışıq”.


Müəllif: Samir

Oxşar xəbərlər