ABŞ Türkiyənin Afrindən sonra əməliyyat keçirəcəyi Menbiçdə həyəcan təbili çalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, PKK-çı terrorçularla yanaşı keşik çəkən amerikalı əsgərlərin skandal fotoları ortaya çıxıb.
Hazırda ABŞ əsgərlərinin türk ordusundan 1,5 kilometr aralıda yerləşdiyi bildirilib.
Məlumatlara görə, Səyyadə, Aseliyyə, Muhsin, əl-Fərat, Um-Meadis, Şeyx Yəhya və Cübbəl Arus kəndlərində amerikalı əsgərlər, Dandaniyə və Səyyadə kəndlərində isə PKK-çı terrorçular 24 saat keşik çəkib.