Dünən ABŞ və YPG qüvvələrinin Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus məntəqəyə hücum etməsinin səbəbləri açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İranın dəstəklədiyi qüvvələrin Deyr-əz-zoru ələ keçirmə cəhdi ABŞ-ı bu addımı atmağa vadar edib.
ABŞ YPG qüvvələrinə yardım etməklə İran dəstəkli silahlıların hücumu dəf edilib.
Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya Əsədin məntəqəsini 3 saat boyunca dayanmadan atəşə tutub.
Bölgədəki bu gərginlikdən İŞİD terror təşkilatı istifadə etməyə çalışıb. Lakin ABŞ-ın bombardman etməsi Hraniç bölgəsinin İŞİD-çilərin nəzarətinə keçməsinin qarşısını alıb.