Türkiyə hüquq-mühafizə orqanlarının Adanada əməliyyatı zamanı PYD/PKK üzvlərinə məxsus narkotik təsirə malik 250 min dərman ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, avtomobili idarə edən iki Suriya vətəndaşı da saxlanılıb.
Narkotik vasitələr Hatay üzərindən PKK/PYD-nin Suriyadakı döyüşçülərinə çatdırılacaqmış.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Bursey dağı azad edilərkən orada PKK/PYD-yə məxsus çoxlu narkotik vasitə və dərman aşkar edilmişdi.