Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 28-ci günündə türk ordusu 23 terrorçunu məhv edib.
Bununla da yanvarın 20-dən, yəni əməliyyat başladığı gündən bu yana öldürülən terrorçuların sayı 1551-ə çatıb.