Hollandiya parlamenti "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul edib.
Teleqraf.com Türkiyənin "Doğan" agentliyinə istinadən xəbər verir ki, ölkə parlamenti 1915-ci il hadisələrini "soyqırımı" kimi qəbul edib.
Qeyd edək ki, Hollandiya parlamentinin aşağı palatası fevralın 16-da “erməni soyqırımı” ilə bağlı 2 qətnamə qəbul edib.
Birinci qətnamədə “erməni soyqırımı”nın tanınması, ikincində isə Hollandiya Xarici İşlər nazirinin apreldə “soyqırımı” ildönümdə İrəvana səfəri nəzərdə tutulub.