25 Fevral 2018 14:11
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubu və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tiflisdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tiflisdəki binasınadək yürüş ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tiflis sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər