BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəsə dair qəbul etdiyi qətnaməyə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir.
Teleqraf.com "RİA.ru"ya istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Fevralın 26-da Şərqi Qutaya endirilən avia-zərbələr nəticəsində azı 30 nəfər həlak olub.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada, xüsusilə də, Şərqi Qutada yaşayan insanlara gərəkən yardımların edilməsi üçün 30 günlük atəşkəsin elan edilməsi barədə qərar qəbul edib.