Silahlı qruplaşmaların döyüşçüləri humanitar atəşkəs zamanı Şərqi Qutada Suriya silahlı qüvvələrinin mövqelərinə hücüm edib.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Suriyadakı Atəşkəsə Nəzarət Monitorinq Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, terrorçular tərəfindən atəşkəs zamanı hökumət qüvvələrinin Hazrama və Naşabiyadakı mövqeləri artilleriyadan intensiv atəşə tutulub.
Yuri Yevtuşenko qeyd edib ki, saat 13:00-dan sonra hücum başqa istiqamətlərdə davam edib.