7 Avqust 2014 13:10
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə muzdlu hərbi qulluqçudur

Cəbhə xəttində son gərginlik zamanı 47 erməni hərbçisi məhv edilib.


Rusiyadakı diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə basqını zamanı 47 erməni hərbçisi məhv edilib, 100-dən çoxu isə yaralanıb.

Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində olan muzdlu hərbi qulluqçudur.

Mənbə bildirib ki, Ermənistan ordusunun məhv edilmiş əsgərlərinin adları tədricən açıqlansa da, öldürülmüş muzdlu hərbçilər barədə informasiya qapalı saxlanılır.

Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də avqustun 6-da Ağdam rayonuna səfəri zamanı onlarla erməni hərbçisinin məhv edildiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti və Nazirliyin rəsmi şəxsləri də ermənilərin dəfələrlə çox itki verdiyi barədə məlumat yayıblar.


Müəllif:

Oxşar xəbərlər