7 Avqust 2014 13:37
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O, həddindən artıq çox axmaqlıqlar edib"

Bu sözləri Gürcüstan parlamentinin eks-spikeri, "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze, barəsində bir neçə ittiham irəli sürülən ölkənin eks-prezidenti Mixail Saakaşvili barəsində fikir söyləyərkən səsləndirib.

Saakaşvilinin səs-küylü cinayət işində şahid qismində dindirilən Burcanadze Rusiya mətbuatına müsahibəsində, Saakaşvilini Avropa İttifaqı və ABŞ-la birləşərək Rusiyaya qarşı çıxmaqda günahlandırıb.

"Saakaşvili öz xalqına, öz camaatına qarşı cinayət törədib. O, yalnız osetin deyil, bütün gürcü xalqına qarşı böyük cinayət törədib.

Heç bir kəs bu avropapərəst Saakaşvilinin etdiyini edə bilməzdi. Məhz ona görə Rusiyanın siyasi dairələrində belə bir fikir yaranmışdı ki, Saakaşvili Rusiya üçün ən əlverişli Gürcüstan prezidentidir. Rusiya siyasətçilərin çoxu düşünürdü ki, Saakaşvili hakimiyyətdə nə qədər çox qalarsa, Rusiya üçün bir o qədər yaxşıdır. Çünki o, həddindən artıq axmaqlıqlar edirdi və Rusiya bundan öz mənafeyi üçün istifadə edirdi."

Tiflis məhkəməsi qiyabi olaraq Gürcüstanın hazırda ABŞ-da yaşayan eks-prezidenti Mixail Saakaşvilininin həbsi ilə bağlı hökm çıxarıb. Bu qərar müxalifətin səs-küylü 7 noyabr 2007-ci il mitinqində baş verənlərlə və biznesmen Badri Patarkatsviliyə məxsus "İmedi" telekanalının mənimsənilməsilə bağlı verilib. Eks-prezident vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Gürcüstan CM-nin 333 maddəsi ilə ittiham edilən Saakaşvilini 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

/anspress/


Müəllif: