Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən kəndlərdə əsgərlər azan oxuyublar.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Afrinin mərkəzinə qədər irəliləyən TSQ və ASO əsgərləri 42 gündür davam edən əməliyyatlar zamanı 2295 terrorçunu məhv edib.
Kəndlərdə azan oxuyan hərbçilərin videogörüntüləri sosial mediada diqqət çəkib.