3 Mart 2018 01:14
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Quta şəhərinə təşkil etdiyi hücum nəticəsində 23 mülki şəxs həlak olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saat 10.00-15.00 arasında atəşkəs elan olunsa da, Əsəd rejimi Şərq Qutaya bu gün də hücumu davam etdirib.

Şərqi Qutanın Doma, Beyt Seva, Otaya, Misraba, Sakba, Kefer Batna və Əl Aşaridəki yaşayış məntəqələri havadan və qurudan hücuma məruz qalıb.

Hücum nəticəsində 23 mülki şəxs həyatını itirməsi ilə Şərqi Qutada həlak olanların sayı 697 nəfərə yüksəlib.

Xatırladaq ki, Əsəd rejimi və dəstəkçilərinin Şərqi Qutaya fevralın 19-dan martın 2-dək etdiyi hücum zamanı 674 mülki şəxs həlak olub, 2 min 278-i isə yaralanıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər