9 Mart 2018 01:13
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Qutanı atəş altında saxlamaqda davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son bir neçə gündür şəhər havadan və qurudan güclü atəşə məruz qalır.

Rusiyanın havadan verdiyi dəstək sayəsində Şərqi Qutanın bir neçə kəndini ələ keçirən Əsəd ordusunun bu gün Duma və Haresta rayonlarına aid Sakba, Arbin, Hammuriyə, Beyt Sava, Cisrin, Misraba, Kefer Batna və Zemelkə kəndlərinin atəşə tutması nəticəsində 19 mülki şəxs öldürülüb.

Xatırladaq ki, Əsəd rejimi və dəstəkçilərinin Şərqi Qutaya fevralın 19-dan martın 8-dək etdiyi hücum zamanı 881-dən çox mülki şəxs həlak olub, 3 mindən çox insan isə yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər