Suriyanın Rasulayn yaşayış massivindəki dəyirman binasına YPG terrorçularına sancdığı bayrağı türk snayper dəqiq atəşlə yerə atıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə-Suriya sərhədinfəki Ceylanpınar keçid məntəqəsinin yaxınlığında yerləşən Rasulayn kəndinin un dəyirmanına terrorçuların sancdığı bayraq pilotsuz qurğu vasitəsilə müəyyən edilib və snayperlə vurularaq dalğalanmasına son qoyulub.