15 Mart 2018 11:20
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Rumıniyanın baş naziri Viorika Dençilenin müraciəti oxunub.

Müraciət Rumıniya baş nazirinin müavini Ana Birçall oxuyub.

Rumıniya baş naziri müraciətində bildirib ki, Qlobal Bakı Forumunda qlobal gündəlikdəki aktual məsələlər müzakirə olunur: "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması cəmiyyətlərin inkişafı üçün vacib məsələdir. Bu il həm Rumıniya, həm də Azərbaycan ilk demokratik respublikalarının qurulmasının 100 illiyini qeyd edir. Həm Rumıniya, həm də Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir. Müasir dövrdə cəmiyyətlərdə inklüzivliyi artırmaq vacibdir və yeni nəslə də bunu aşılamaq gərəkdir ".

V. Dençile qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında körpü olaraq tolerant ölkə kimi mühüm rol oynayır: “Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik”./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər